BURADA REKLAMINIZ OLA
BİLƏR

Hər yük maşını üçün 10 manat rüşvət alan polislə bağlı araşdırmalara başlanıldı - RƏSMİ

Baş Dövlət Yol Polisi İdarəsi sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə yayılan videogörüntülərə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, sosial şəbəkələrdə yayılan videoya baxış keçirilib:

 

“Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən sonra məsələyə hüquqi qiymət veriləcək”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda yol polisinin yük maşınlarının sürücülərindən “postun pulu” adı ilə 10 manat istədiyi əks olunub. Oxu.az

Tarix: 27 Dekabr 2019, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin