BURADA REKLAMINIZ OLA
BİLƏR

Çavuşoğlu: “Bundan sonra da Türkiyə Azərbaycanın yanında olacaq”

“Bundan sonra da Türkiyə Azərbaycanın yanında olacaq”.

 

Pravda.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

M. Çavuşoğlu deyib ki, ATƏT-in Minsk Qrupunun da proseslərdən nəticə çıxarması lazımdır: “Minsk Qrupunun həmsədri Fransa birtərəfli mövqe tutur, hətta atəşkəsdən sonra da tərəfsizlik nümayiş etdirmir. Fransanın birtərəfli mövqeyinə baxmayaraq, Prezident İlham Əliyev Fransanın atəşkəs təşəbbüsünə də dəstək verib. Amma son razılaşmadan sonra da Fransa Ermənistanı dəstəkləyir, hətta Türkiyəni ittiham edir. Bundan sonrakı prosesdə heç bir ölkə haqsız Ermənistanı dəstəkləyərək, prosesi pozmağa çalışmamalıdır”.

Tarix: 12 Noyabr 2020, 10:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin