BURADA REKLAMINIZ OLA
BİLƏR

Vilayət Eyvazovdan əmr: İşğaldan azad olunan rayonlara komendantlar təyin olundu

İşğaldan azad olunan rayonlara komendantlar təyin olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, «Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.

 

Qeyd olunan Fərmandan irəli gələn digər vəzifələrin də icrası davam etdirilir.

Tarix: 12 Noyabr 2020, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin