BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılovdan sensasion açıqlama: “Ölkədə qarşıdurma yaratmaq üçün hazırlıq görürlər, əhalinin nəbzini yoxlayırlar”

“Əlbəttə, mən də hamınız kimi müqavilənin bağlanma səbəblərini, şərtlərini, ondan sonrakı vəziyyəti durmadan araşdırıb, təhlil edirəm. Hesab edirəm ki, hakimiyyət bu barədə əhaliyə daha detallı izahat verməlidir. Bununla belə hamını xəbərdar edirəm ki, maksimum ehtiyatlı, hər şeyə hazırlıqlı olmaq lazımdır. Ermənistanda vəziyyət hər dəqiqə dəyişə, yaxud dəyişdirilə bilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov qeyd edib ki, qonşu, dost olmayan dövlətlər Azərbaycanda da rahat durmayıblar: “Sosial şəbəkədən gördüyüm odur ki, qonşu dövlətlərin “maşa”ları ölkədə qarşıdurma yaratmaq üçün hələlik hazırlıq görürlər, əhalinin nəbzini yoxlayırlar. Bu yaramazlar elə orada cavablarını alsalar da, rahatlaşmaq bilmirlər. Onların etdikləri tək şəhidlərimizin ruhuna hörmətsizlik, xalqa saymamazlıq deyil, bunun adı Vətənə xəyanətdir. Bir şeyi dəqiq bilin, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarına zidd bir dənə də addım atmaz! Bunu 44 günlük Böyük Vətən Müharibəsi bir daha göstərdi”.

Tarix: 12 Noyabr 2020, 14:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin