BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənilər Kəlbəcərdə evləri yandırıb, çıxırlar - VİDEO

BBC telekanalının əməkdaşları işğaldan azad edilmiş Kəlbəcərin kəndlərindən birində olub.

 

Pravda.az-ın məlumatına görə, bunu telekanalın müxbiri Uill Vernon "Twitter" səhifəsində bildirib.

 

Müxbir vurğulayıb ki, bölgə iki gün ərzində Azərbaycana təhvil veriləcək:

 

"Bir çox erməni evləri boşaldır və tərk edir. Bəziləri hətta evləri yandırır ki, azərbaycanlılara qalmasın".

 

Xatırlatma: Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir arasında imzalanmış bəyanata əsasən, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu, Ağdam rayonunu 20 noyabr 2020-ci il tarixinədək və 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytarmalıdır.

 

Tarix: 13 Noyabr 2020, 11:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin