BURADA REKLAMINIZ OLA
BİLƏR

Təcili tibbi yardım avtomobili piyadanı vuraraq öldürdü - FOTO

Ucarda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

 

Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Anar İsmayıl oğlu Əliyevin idarə etdiyi Təcili Tibbi Yardım maşını yolu keçmək istəyən piyada, rayonun Küçəkənd kənd sakini, 1973-cü il təvəllüdlü Süleyman Arif oğlu Rəsulovu vurub. S. Rəsulov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 13 Noyabr 2020, 18:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin