BURADA REKLAMINIZ OLA
BİLƏR

Qazaxıstan səfirliyində bayraq endiriləcək

Təyyarə qəzası ilə bağlı Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endiriləcək.

 

Bu barədə Pravda.az-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, Qazaxıstanda baş verən təyyarə qəzası ilə əlaqədar dekabrın 28-də səfirlikdə bayraq yarıya qədər endiriləcək, lakin başsağlığı kitabı açılmayacaq.

 

Qeyd edək ki, təyyarə qəzası ilə əlaqədar sabah Qazaxıstanda matəm elan olunub.

 

Xatırladaq ki, Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus "Fokker 100" tipli sərnişin təyyarəsi Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb. Nəticədə 15 nəfər ölüb, daha 35 nəfər xəsarət alıb.

Tarix: 27 Dekabr 2019, 16:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin