BURADA REKLAMINIZ OLA
BİLƏR

Hadi Rəcəblidən anons: “Pensiyaların artım tempi yerində saymayacaq, çoxalacaq”

“Əhalinin məşğulluq imkanlarının artırılması sahəsində aparılacaq tədbirlərə gələn il bu ilə nisbətdə 44% çox vəsait ayrılır. Ünvanlı dövlət sosial yardımları üçün 2019-cu ilə nəzərdə tutulmuş vəsaitlərin həcmi gələn il 30% artırılacaq və bu hesaba əlavə 13 min ailənin müavinət almaq imkanları artacaqdır. Belə ailələrin sayı 90 mini ötəcək”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

 

Komitə sədrinin sözlərinə görə, 2020-ci il üçün bu büdcədə 4 milyard 825 milyon 508 min 800 manat vəsait nəzərdə tutulub ki, bu da əvvəlki illə müqayisədə 697,41 milyon manat və ya 17% çoxdur: “Təkcə onu demək kifayətdir ki, bu büdcənin tərkibində transfertin həcmi 2012-ci ildə mövcud olan 42%-dən gələn il üçün 29%-ə enərək 1 mlrd 427 mln manat təşkil edəcək. Onu da qeyd edim ki, bu büdcənin artan böyük məbləği məhz Dövlət Sosial Müdafiə Fondunun öz imkanları hesabına toplanacaq. Sevindirici hal bir də odur ki, prezidentimizin apardığı struktur islahatların səmərəsi nəticəsində qeyri-leqal məşğulluğun bu il təxminən 160 min nəfərinin sığortaya cəlb olunması bu büdcənin artımında özünü kəskin surətdə göstərə bildi. Ehtimallar var ki, bu artımlar gələn ildə çoxalacaq və DSMF əlavə vəsaitlərin toplanmasında mühüm rol oynayacaqdır. Rəqəmlər bir daha onu deməyə imkan verir ki, gələn il pensiyaların və əmək haqqlarının artım tempi yerində saymayacaq və davamlı surətdə çoxalacaq”.

Tarix: 13 Noyabr 2019, 15:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin