BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncədə ağacəkmə aksiyası keçirildi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının fəalları Güstan qəsəbəsində yerləşən məhəllələrdə ayrılmış ərazilərdə ağacəkmə aksiyası həyata keçiriblər.

 

Pravda.az-ın xəbərinə görə, şəhərin yaşıllıq zolaqlarının genişlənməsinə, ekoloji tarazlığının bərpasına xidmət edən aksiya çərçivəsində YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev partiya fəalları ilə birlikdə ərazidə həmişəyaşıl və dekorativ ağaclar əkiblər.

 

Daha sonra aksiya iştirakçıları yeni əkilən ağac tinglərini suvarıb, onlara aqrotexniki qaydada qulluq göstəriblər.

 

Deputat bildirib ki, ağacəkmə aksiyası qədim Gəncə şəhərində nümunəvi abad məhəllələrin yaradılmasına və sakinlərin istirahətinin təmin edilməsinə xidmət edir. Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq, eləcə də insanlar arasında təbiətə qayğı hissinin artırılmasına müsbət təsir göstərəcək.

Fotoları təqdim edirik
Tarix: 27 Dekabr 2019, 17:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin