BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənilərdən Azərbaycana qardaş olmaz”

“Biz qələbə qazandıq. Sülh əldə etdik, öz torpaqlarımıza qayıtdıq. Amma ermənilərin bu mövqelərini heç vaxt unutmaq olmaz”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Kəlbəcərin deputatı Aqil Məmmədov deyib.

 

“Həyatın qanunudur biz yaşadıq və gedirik. Gələcək nəsillər olacaq, onlardan sonra gələcək nəsillər olacaq. Biz bu tarixi unutmamalıyıq. Qoy gələcək nəsillər bilsin ki, biz kimlərlə qonşuyuq. Ermənilərdən Azərbaycana qardaş olmaz, bunu tarix göstərdi. Biz öz ehtiyatımız əldən verməməliyik. Gələcək nəsillər də öz ayıq-sayıqlığını itirməməlidirlər, tariximizi unutmamalıdırlar. Azərbaycan xalqı qalib xalqdır. Azərbaycan ordusu qalib ordudur. Yaşasın Azərbaycan!” – A.Məmmədov qeyd edib.

Tarix: 14 Noyabr 2020, 22:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin