BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra Hakimiyyəti ön cəbhədə döyüşən əsgərin tikilməkdə olan evini söküb - FOTO

Qurbanov İlman Daşdəmir oğlu "Vətən" müharibəsinin ilk günlərindən könüllü olaraq Müzəffər Ordumuzun sıralarına qatılıb.

 

Bu barədə əsgərin qardaşı İldırım Qurbanov məlumat verib.

 

O bildirib: "Hal-hazırda da döyüş bölgəsindədir. Döyüşə getməzdən öncə Binə qəsəbəsində, Suraxanı rayonun ərazisində yerləşən yaşayış massivində özünə ev tikirdi. Evi 8 daş qaldırmışdı. Orduya gedəndən sonra tikinti dayandı. Bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin işçiləri (Hövsan icra nümayəndəliyini əməkdaşları da ola bilər) texnika gətirib və tilkilini dağıdıb. Şahidlərin sözlərinə görə, gələn şəxslər   süd rəngində olan 902 nömrəli "Prado"da olublar. Heç bir yazılı və ya şifahi xəbərdarlıq etmədən tikintini darmadağın ediblər".Avtosfer

Fotoları təqdim edirik
Tarix: 15 Noyabr 2020, 14:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin