BURADA REKLAMINIZ OLA
BİLƏR

Leyla Əliyeva Ali Baş Komandana şeir həsr etdi: “O, iftiradan uzaqdır”

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ali Baş Komandan İlham Əliyevə Vətən müharibəsində qazanılan zəfər münasibətilə "Əsgər" şeirini həsr edib.

 

Pravda.az-ın xəbərinə görə, Leyla Əliyeva şeiri şəxsi instaqram hesabında paylaşıb.

 

Şeiri rus dilindən Aydan Xəndan tərcümə edib.

 

Həmin şeiri təqdim edirik:

 

Əsgər, əsgər yurdun oğlu,

İnanır haqqa, zəfərə!

Sükutun səsin dinləyir

Bağlıdır nurlu vətənə!

 

Güllədən qorxusu yoxdur,

Günəşi dağlar heç örtməz

Əsgər bilir sevgi nədir

Ədalətdən üz döndərməz!

 

Yoxdur qorxu ürəyində

Gecə bitsin, səhər gəlsin!

Zülmətdən qorxmaq dərd deyil!

Təki günəş heç sönməsin!

 

O, Allahın kəlamını

Könlündə bir yazı bilir,

Dünyanın ağır yükünü

Çiyinlərində gəzdirir.

 

Əsgər müqəddəs bir gündə

Xalqı naminə doğulub,

Cəhalətin kor kölgəsi

Onun nuruyla yox olub!

 

O, iftiradan uzaqdır,

O, məzlumlar yanındadır

O, Allahın yazısıyla

Həyatını yaşayandır!

 

Əsgər zirvələr zirvəsi,

Onun yeri yüksəklərdir!

O, vicdanın, xalqın səsi,

Həqiqətə and içəndir!

 

Onun üçün bu dünyada

Eldən uca heç nə yoxdur!

 

Paklıq, mərhəmət doludur

Onun yolu, haqq yoludur!

 

Qorxu nədir bilməz əsgər,

O, Allahın balasıdır

Açıqdır yolu dünyaya

Yaddaşlarda qalasıdır!

 

Tarix: 15 Noyabr 2020, 15:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin