BURADA REKLAMINIZ OLA
BİLƏR

“Pit stop”un sökülməsinə aydınlıq gətirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 yarışmasının keçirilməsi üçün nəzərdə tutulan "Pit stop" binasının sökülməsi məsələsinə aydınlıq gətirib.

 

Pravda.az-a verilən məlumata görə, binanın sökülməsi ilə bağlı dövlət qurumları tərəfindən müvafiq tapşırıq verilib.

 

Qeyd edilib ki, "Pit stop" binasının sökülməsi növbəti il üçün Bakıda Formula 1 yarışının keçirilməsinə heç bir təsir göstərməyəcək.

 

İlkin təqvimə görə Azərbaycan Qran Prisinin gələn il iyunun 6-da keçirilməsi planlaşdırılır. Çox güman ki, "Pit stop" binasının yenidən tikilməsinə gələn ilin fevral ayında başlanılacaq.

Tarix: 15 Noyabr 2020, 20:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin