BURADA REKLAMINIZ OLA
BİLƏR

İranın bəzi şəhərlərində komendant saatı tətbiq ediləcək

Noyabrın 21-dən İranın bir sıra şəhərlərində hərəkət məhdudlaşdırılacaq.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə yeni növ koronavirusla (COVID-19) mübarizə üzrə Milli Qərargah məlumat yayıb.

 

Bu şəhərlər COVID-19-un yayılma səviyyəsinə görə “qırmızı zona”ya daxildirlər.

 

Hərəkətə məhdudiyyət iki həftə ərzində hər gün saat 21.00-dan 04.00-a qədər müddəti əhatə edəcək. Eyni zamanda, bu şəhərlərdə bütün özəl və dövlət müəssisələrini əhatə edən karantin rejimi tətbiq ediləcək, yalnız ərzaq mağazaları, xəstəxanalar və apteklərin fəaliyyəti istisna olacaq.

 

İki həftə ərzində tətbiq olunacaq məhdudiyyətlər Tehran da daxil olmaqla, 150-yə yaxın şəhəri əhatə edəcək.APA

Tarix: 16 Noyabr 2020, 20:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin