BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın Birinci vitse-prezidenti Cəbrayıldan videogörüntü paylaşdı

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instagram səhifəsində Cəbrayıl rayonundan videogörüntü paylaşıb.

 

Pravda.az xəbər verir ki, Birinci vitse-prezident videogörüntünü “Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN” mətni ilə paylaşıb və #QarabağAzərbaycandır haştaqı əlavə edib.

 

Qeyd edək ki, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

Tarix: 16 Noyabr 2020, 22:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin