BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə Milli Müdafiə Nazirliyinin Şuşada hərbi bazaları yerləşdirilməlidir

"Bugün məlumat yayıldı ki, Azərbaycanın xarici işlər naziri Türkiyənin xarici işlər naziri ilə görüşmək üçün Ankaraya səfər edib. Eyni zamanda Azərbaycana qoşun göndərilməsi haqqında Türkiyə prezidentinin sərəncamı Türkiyə Böyük Millət Məclisi (TBMM) təqdim edilib. TBMM-in qərarından sonra Azərbaycanın azad olunmuş ərazilərində atəşkəs rejiminə əməl olunması üzrə Müştərək Mərkəz yaradacaq. Mərkəzin işində Türkiyə və Rusiya birgə iştirak edəcəkləri barədə razılığa gəlinmişdi.


Türkiyə mətbuatının açıqlamasına görə, TBMM-in nəzərdən keçirdiyi sənəd layihəsində Müştərək Mərkəzin (MM) yeri Azərbaycan tərəfindən müəyyən ediləcək. Orada türkiyəli hərbçilərlə yanaşı mülki mütəxəssislər də iştirak edə bilər. İşçi heyətinin sayı Türkiyə prezidenti tərəfindən müəyyən ediləcək. Türkiyə Silahlı Qüvvələrinin xarici ölkələrə göndərilməsi 1 il müddətinə nəzərdə tutulur. Bu müsbət dinamika olsa da bizim gözləntilərimiz cavab vermir".


Pravda.az xəbər verir ki, bunu ekspert Qubad İbadoğlu deyib.


Q.İbadoğlu bildirib ki, MM yalnız monitorinq və müşahidə funksiyasına malik olacaq, bir sözlə fakt toplama misiyasını həyata keçirəcək: "Toplanan faktların araşdırılması və pozulmuş faktlar üzrə müvafiq tədbirlərin həyata keçirilməsi mexanizmləri hələ də aydın deyil. Odur ki, MM-in fəaliyyətindən gözləntilər yüksək deyil. Hesab edirəm ki, Türkiyə-Azərbaycan hərbi ittifaqının yaradılmasıma dair saziş imzalanmalı, Türkiyə Milli Müdafiə Nazirliyinin Qarabağda, konkret olaraq Şuşada hərbi bazaları yerləşdirilməlidir. Bununla, əlaqədar olaraq Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təşəbbüsü ilə hazırlanmış müraciət sabah siyasi partiyalara və ictimai hərəkatlara imzalanmaq üçün təqdim olunacaq".

Tarix: 16 Noyabr 2020, 23:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin