BURADA REKLAMINIZ OLA
BİLƏR

Murad Arif: “Hər telefonun dalında politoloq, diplomat yatırmış”

"Orduya və Prezidentə güvəniniz, dəstəyiniz, o oyanmış ruhunuz bura qədər idi?  Başlandı panika, isterika və şübhələr? Bəlkə, yenidən bir olaq, birləşək və başqanımıza inam göstərək?!”

 

Bunu müğənni-bəstəkar Murad Arif sosial şəbəkə hesabında yazıb. Sənətçi ruhdan düşən vətəndaşlara sərt münasibət bildirib və insanları birliyə səsləyib:

 

“Nigaranıq, narahatıq, yaxşı. Amma daha "İtirdik" havaları nədir? Elə-belə xalq deyildik axı, özümüz də anladıq, dünyaya da göstərdik. Yox? Azca səbr! Hər telefonun dalında politoloq, diplomat yatırmış.  Özgüvənimiz olsun! Gücümüzə inanaq! Məqsədlərimiz xatirinə, özünüzü toplayın! Yaxşı olacaq! Baxarsınız!"

Tarix: 17 Noyabr 2020, 11:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin