BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi” - Prezident

“Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi”.

 

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib.

 

“Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”, - o vurğulayıb.

Tarix: 17 Noyabr 2020, 12:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin