BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev: “Şuşa işğaldan azad ediləndən sonra düşmən dərk elədi ki...”

“Şuşa işğaldan azad ediləndən sonra artıq düşmən dərk elədi ki, bundan sonra bizə qarşı müqavimət göstərməyin heç bir əhəmiyyəti yoxdur”.

 

Pravda.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı layihənin icrası ilə tanış olan zaman bildirib.

 

Dövlət başçısı deyib ki, Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib: “Əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzaladı. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi”. 

Tarix: 17 Noyabr 2020, 13:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin