BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəzada ata və oğlu xəsarət aldı

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az-ın verdiyi xəbərə görə, hadisə İmişli rayonunun Qaralar kəndində qeydə alınıb.

 

Qaralar kənd sakini, 1990-cı il təvəllüdlü Quliyev Elvüsal Gülhüseyin oğlunun idarə etdiyi “QAZel” markalı avtomobilin minik maşını ilə toqquşması nəticəsində sonuncuda olan sərnişin - sürücünün atası, 1957-ci il təvəllüdlü Quliyev Gülhüseyin Qulu oğlu kəllə-beyin travması ilə ağır vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Sürcü nisbətən yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.APA

 

Tarix: 27 Dekabr 2019, 22:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin