BURADA REKLAMINIZ OLA
BİLƏR

Əlisalam Bayramov Qubadlıya təyinat aldı

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Qubadlı Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

 

Pravda.az xəbər verir ki, bu vəzifə Əlisalam Mədət oğlu Bayramova həvalə edilib.

 

O, əvvəllər də sözügedən idarəyə rəhbərlik edib. 2018-ci ildə isə idarə ləğv olunub və bu il noyabrın 14-də yenidən təsis edilib.

 

Qubadlı Suvarma Sistemləri İdarəsinin balansında 5 200 hektar suvarılan sahə, 998 km uzunluğundan suvarma kanalları, 7 nasos stansiyası, 129 suvarma qurğusu və 1 hidroqovşaq (Həkərəçay HQ) var.

Tarix: 17 Noyabr 2020, 17:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin