BURADA REKLAMINIZ OLA
BİLƏR

Şuşa cəngavərləri həlledici döyüşə yollanarkən - VİDEO

Dünya hərb tarixində öz yerini tutacağı şübhə doğurmayan, təfərrüatları hələ tam açıqlanmayan Şuşa əməliyyatının iştirakçılarının sözsüz ki, hamısı qəhrəmandır, əsl cəngavərdir. Bu əməliyyatın iştirakçılarının xüsusi olaraq təsis ediləcək orden və medallarla təltif ediləcəyi gözlənilir.

 

Pravda.az xəbər verir ki, sosial şəbəkələrdə Şuşaya həlledici hücuma hazırlaşan döyüşçülərimizdən bir qrupunun videokadrları yayılıb. Kadrlara əsasən döyüşçülər dumanlı, çiskinli havada Şuşa ətrafında (çox güman ki, Daşaltı kəndi istiqamətində), meşəlikdə toplaşıblar və irəliləmək üçün əmr gözləyirlər.  Hava şəraitinə əsasən bu kadrların noyabrın 6-da, yaxud 7-də çəkildiyi ehtimal edilə bilər. “Gedirik Şuşanı almağa! Eşq olsun Azərbaycan ordusuna!”,-igidlər deyir.Virtualaz.org

 

Tarix: 17 Noyabr 2020, 17:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin