BURADA REKLAMINIZ OLA
BİLƏR

“Onlar bizim camaata 10 saniyə də vaxt verməmişdilər”

“Mediada, hətta bəzi TV-lərdə belə bir yanlış məlumata rast gəldim ki, guya 1993-cü ildə ermənilər Kəlbəcəri tərk etmək üçün bizim camaata 10 saat vaxt verib. Belə bir şey olmayıb. Təəssüsüf edirəm ki, məlum videoya baxanlar fərqinə varmadan belə məlumat yayırlar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Ərşad Hüseynov deyib.

 

“Həmin videodakı başkəsən terrorçular taleyin ümidinə qalmış insanlarımızı aşağılamaq məqsədilə səsgücləndiricidən istifadə edərək şənlənirlər. Kiçik bir ərazidə baş verən bu səhnəni özləri üçün videoya da çəkiblər. O vaxt heç kimə, heç bir vaxt verilməmişdi, insanlar sadəcə olaraq təlaş içərisində öz yürdlarını kütləvi tərk edirdilər. O zaman Kəlbəcərdə və Laçının Şimal hissəsində xeyli syda hərbçilərimiz də var idi. Düşmənə səmərəli müqavimət göstərilməsə də, həmin hərbçilərimiz olmasaydı, düşmən Kəlbəcərdə daha ağılasığmaz faciələr törədərdi. Hərbçilərin çıxma müddətində və onların köməyi ilə dinc sakinlər də çox çətinliklə Kəlbəcəri tərk etmişdilər. Belə məlumatları yayanda diqqətli olmalıyıq, əks təqdirdə unitazaparan xalqın “mərhəmət”i barədə yanlış fikir yarana bilər. Onlar bizim camaata 10 saniyə də vaxt verməmişdilər...” – Ə.Hüseynov qeyd edib.

Tarix: 17 Noyabr 2020, 18:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin