BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya Müdafiə Nazirliyindən Qarabağla bağlı daha bir AÇIQLAMA

Rusiya sülhməramlı qüvvələrini daşıyan Rusiya Aerokosmik Qüvvələrinin növbəti hərbi-nəqliyyat təyyarələri Ermənistana yola düşüb.

 

Pravda.az-ın Rusiya Müdafiə Nazirliyinə (MN) istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda sülhməramlı əməliyyatlarda iştirak edəcək 15-ci sülhməramlı briqadanın şəxsi heyətini və hərbi texnikaları daşıyan daha bir neçə İl-76 və An-124 “Ruslan” hərbi-nəqliyyat vasitəsi Ulyanovsk-Vostoçnıy aerodromundan yola düşüb və İrəvanda aerodroma eniş edib.

 

Bildirilib ki, noyabrın 10-dan etibarən Ermənistana 170-dən çox reys həyata keçirilib.APA

Tarix: 18 Noyabr 2020, 10:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin