BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın Milli Qəhrəmanı avtomobil qəzasında həlak oldu

Azərbaycanın Milli Qəhrəmanı avtomobil qəzasında həlak olub.

 

Pravda.az-ın məlumatına görə, 1959-cu il təvəllüdlü Məhəmməd Həsənov noyabr ayının 9-da yaşadığı Goranboy rayonu ərazisində qəzaya düşərək ağır xəsarət alıb. Dərhal xəstəxanaya yerləşdirilən Milli Qəhrəman bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

 

Qeyd edək ki, Məhəmməd Həsənov Goranboy rayonunda orta məktəb direktoru olub.

Tarix: 18 Noyabr 2020, 13:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin