BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsil Nazirliyi şəhid olan tarix müəllimi ilə bağlı məlumat yaydı

İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.

 

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, o, 1997-ci ildən sözügedən məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub. Famil Əhmədzadə təşəbbüsü ilə məktəbdə tarix-diyarşünaslıq muzeyi yaradılıb.

 

İşlədiyi müddətdə öz savadı, mədəniyyəti və istedadı ilə şagirdlərin, müəllimlərin, bir sözlə hər kəsin sevimlisi olmağı bacarıb.

Tarix: 18 Noyabr 2020, 14:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin