“16 noyabr tarixi Azərbaycanın qürurverici günü oldu. Çünki müzəffər Ali Baş Komandanımız Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə 30 ilə yaxındır işğal altında olan ərazilərimizi azad etdikdən sonra tarixi, əzəli torpaqlarımıza ilk dəfə səfər etdilər”.
Bu sözləri millət vəkili Cavid Osmanov deyib.
Deputat bildirib ki, bu zamanda o ərazilərə səfər etmək döyüşlərin təxminən bir həftədir başa çatması baxımından təhlükəli idi: “Amma eyni zamanda bu səfərlə Ali Baş Komandan və birinci xanım bir daha onu göstərdi ki, Azərbaycan xalqı qorxmaz və mərddir. Dövlət başçısı azad olunan ərazilərə ilk səfərini məhz oradan başladı. Füzulidə, Cəbrayılda və Azərbaycan üçün önəmli və simvolik xarakter daşıyan Xudafərin körpüsü ətrafında üçrəngli bayrağımızın Ali Baş Komandan tərəfindən qaldırılaraq dalğalandırılması bu tarixi səfərin qürurverici məqamlarından biridir. Eyni zamanda cənab Prezidentin bu bölgəyə səfəri və insanlar tərəfindən qələbə, sevinc əhval-ruhiyyəsi ilə qarşılanması uğurlu məqamlardan biridir. Bu səfər çərçivəsində dünyaya bir daha nümayiş olundu ki, Azərbaycan güclü, qüdrətli ölkədir. Orada təməli qoyulan Şuşaya yeni avtomobil yolunun çəkilməsi ölkəmizin qüdrətindən xəbər verir”.
C.Osmanovun sözlərinə görə, bu səfər bir daha ermənilərin bu ərazilərdə barbarlıq, vəhşilik nümayiş etdirdiklərini bütün dünyaya göstərdi: “Azərbaycan dövləti tərəfindən ölkə başçısının rəhbərliyi ilə bu bölgələr qısa müddət ərzində canlanacaq və ölkəmizin, dünyanın ən gözəl yerlərindən birinə çevriləcək. Bunun üçün bizim gücümüz var. Təməli qoyulan yeni avtomobil yolu da bunun bariz nümunəsidir. Digər tərəfdən, bu səfər sayəsində bütün dünya erməni vəhşiliyini gördü. Çünki yol boyu gedərkən Mehriban xanımın etdiyi çəkilişlər, ərazidən olan digər çəkilişlər göstərir ki, ermənilərin burada yaşamaq niyyəti heç vaxt olmayıb. Sadəcə vaxt udaraq, danışıqlar prosesi yolu ilə bu yerləri öz ərazilərinə qataraq sadəcə bir baryer kimi saxlamaq istəkləri olub. Çünki hər hansı insanın orada yaşamaq niyyəti olsaydı, bu qədər vəhşilik, vandallıq etməzdi. Tarixi abidələrimiz, sosial obyektlər, evlərdə daş-daş üstündə qalmayıb. Hətta Prezident Cəbrayıl şəhərinin mərkəzində dayanaraq dağıdılan evləri göstərdi. Bu, bir daha dünyaya erməni vəhşiliyini, onların çirkin niyyətlərini, vandallıqlarını nümayiş etdirdi. Bu baxımdan dövlət başçısının səfəri həm tarixi, həm də siyasi baxımdan əhəmiyyətlidir”.Publika
28 Mart 00:31
28 Mart 00:24
28 Mart 00:06
28 Mart 00:00
27 Mart 23:51
27 Mart 22:34
27 Mart 22:00
27 Mart 21:54
27 Mart 21:52
27 Mart 21:43
27 Mart 20:59
27 Mart 20:48
27 Mart 20:47
27 Mart 20:45
27 Mart 20:41
27 Mart 20:13
27 Mart 20:11
27 Mart 20:08
27 Mart 19:03
27 Mart 19:01
27 Mart 18:48
27 Mart 17:25
27 Mart 17:22
27 Mart 17:20
27 Mart 17:13
27 Mart 17:11
27 Mart 17:09
27 Mart 17:08
27 Mart 17:05
27 Mart 17:03
27 Mart 17:01
27 Mart 16:53
27 Mart 15:53
27 Mart 15:36
27 Mart 15:33
27 Mart 15:04
27 Mart 14:49
27 Mart 14:26
27 Mart 14:23
27 Mart 14:21
27 Mart 14:19
27 Mart 14:02
27 Mart 13:59
27 Mart 13:58
27 Mart 13:57
27 Mart 13:48
27 Mart 13:46
27 Mart 13:44
27 Mart 13:42
27 Mart 13:41
27 Mart 13:40
27 Mart 13:39
27 Mart 13:34
27 Mart 13:33
27 Mart 13:31
27 Mart 12:38
27 Mart 12:25
27 Mart 12:24
27 Mart 12:22
27 Mart 12:08
27 Mart 12:05
27 Mart 11:41
27 Mart 11:34
27 Mart 11:13
27 Mart 10:40
27 Mart 10:16
27 Mart 09:46
27 Mart 08:33
27 Mart 08:30
27 Mart 08:28
27 Mart 08:27
27 Mart 08:26
27 Mart 08:23
27 Mart 07:48
27 Mart 07:45
27 Mart 07:44
27 Mart 07:42
27 Mart 07:41
27 Mart 07:39
27 Mart 07:34
27 Mart 07:32
27 Mart 07:29
27 Mart 07:27
27 Mart 07:19
27 Mart 07:16
27 Mart 07:13
27 Mart 07:06
26 Mart 23:41
26 Mart 23:32
26 Mart 23:14
26 Mart 23:11
26 Mart 23:07
26 Mart 22:59
26 Mart 22:50
26 Mart 22:42
26 Mart 22:38
26 Mart 22:28
26 Mart 22:26
26 Mart 22:22
26 Mart 22:20
26 Mart 22:16
26 Mart 21:13
26 Mart 20:51
26 Mart 19:19
26 Mart 18:54
26 Mart 18:52
26 Mart 18:50
26 Mart 18:30
26 Mart 18:11
26 Mart 17:28
26 Mart 17:21
26 Mart 16:53
26 Mart 16:49
26 Mart 16:18
26 Mart 15:55
26 Mart 15:33
26 Mart 15:31
26 Mart 15:24
26 Mart 15:20
26 Mart 15:14
26 Mart 15:05
26 Mart 14:29
26 Mart 14:17
26 Mart 14:11
26 Mart 13:26
26 Mart 13:25
26 Mart 13:23
26 Mart 13:21
26 Mart 13:19
26 Mart 13:15
26 Mart 13:13
26 Mart 13:10
26 Mart 12:53
26 Mart 12:51
26 Mart 12:50
26 Mart 12:46
26 Mart 12:44
26 Mart 12:43
26 Mart 12:40
26 Mart 12:37
26 Mart 12:35
26 Mart 12:33
26 Mart 12:16
26 Mart 11:57
26 Mart 11:44
26 Mart 11:13
26 Mart 11:11
26 Mart 09:53
26 Mart 09:45
26 Mart 09:41
Ən son xəbərləri səhifəmizdən də izləyin