BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Həsənov saxlanılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənov ölkəni tərk edərkən saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, Ə.Həsənov deyib ki, yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir.

 

O, hazırda Almaniyada olduğunu bildirib: "Bu xəbərlər tamamilə yalandır. Mən indi Almaniyada xəstəxanadayam, müayinə keçirəm".

 

Qeyd: Prezident İlham Əliyev noyabrın 29-da Əli Həsənovun Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.Demokrat.az

Tarix: 28 Dekabr 2019, 10:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin