BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Hacılı: “Bu zərərli təşəbbüs beşiyində boğulmalıdır”

“Fransa senatı noyabrın 25-də Dağlıq Qarabağ ərazisində erməni dövlətinin tanınmasını tövsiyə edən qətnamə qəbul etməyə hazırlaşır. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi uzun illər ərzində üzərinə düşən missiyanı yerinə yetirə bilməyən Fransada bu proseslərin geniş miqyas alması mahiyyət etibarı ilə münaqişənin yenidən qızışdırmaq cəhdidir. Belə qətnamə qəbul olunsa belə, bu sənədin hansısa hüquqi qüvvəsi olmayacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

 

A.Hacılı qeyd edib ki, bununla belə bütün siyasi-diplomatik imkanlardan istifadə edərək həmin qətnamənin qəbul edilməsinin qarşısı alınmalıdır: “Siyasi və ictimai qurumlar, diaspora təşkilatları, Avropa strukturlarında çalışan hər bir həmyerlimiz, Azərbaycanın bütün dostları bu işə səfərbər olunmalı, bu zərərli təşəbbüs beşiyində boğulmalıdır. Müsavat Partiyası bütün siyasi imkanlarından və əlaqələrindən istifadə edərək belə qətnamənin qəbul olunmamasına səy göstərəcək”.

Tarix: 19 Noyabr 2020, 21:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin