BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrovdan sülhməramlılarla bağlı AÇIQLAMA

Rusiya xarici işlər naziri Sergey Lavrov və Fransa xarici işlər naziri Jan-İv Le Drian arasında telefon danışığı olub.

Pravda.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, S.Lavrov fransalı həmkarına sülhməramlıların Qarabağda iştirakının parametrlərini izah edib. Bundan əlavə, tərəflər Dağlıq Qarabağda vəziyyətin nizamlanması ətrafında məsələləri müzakirə ediblər:

"Sergey Lavrov qarşı tərəfə Rusiyanın sülhməramlı qüvvələrinin iştirakı parametrlərini və Humanitar Yardım üzrə İdarələrarası Mərkəzin funksiyalarını izah edib".

Tarix: 19 Noyabr 2020, 21:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin