BURADA REKLAMINIZ OLA
BİLƏR

Düşməni qorxuya salan “Paşa” ləqəbli hərbçi - VİDEO

Döyüşlərdə çəkdirdiyi şəkillərlə bir anda sosial şəbəkələrin gündəminə düşdü...

 

Cəlilabad rayonunun Sərhədabad kənd sakini, 1989-cu il təvəllüdlü Allahşükür Qasımov artıq bir neçə ildir Azərbaycan Ordusunda xidmət edir.

 

Daha çox "Paşa" ləqəbi ilə tanınan Allahşükür Qasımov uşaqlıqdan həvəskar şəkildə idmanla məşğul olub və bu peşənin sirlərinə yiyələnib.

 

Sentyabr ayının 27-dən Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edən Paşa vahiməli cüssəsi ilə düşməni lərzəyə gətirən hərbçilərdən biridir. O, Füzuli, Cəbrayıl və Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Hazırda xidmətini davam etdirir. Ailəsi isə onun haqqında eşidəndə qürur hissləri yaşayıblar.

 

Qohumları Paşadan agız dolusu danışırlar. Torpaqlarımızın azad olunması ugrunda Allahşükür Qasımovun da iştirak etməsi hamının ürəyincədir.

 

Hazırda Allahşükür Qasımov Şuşada xidmətini davam etdirir. 3 yaşlı oğlu Kənan isə atasının yolunu səbirsizliklə gözləyir.

 

Tarix: 19 Noyabr 2020, 23:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin