BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur müğənni gözündən güllələndi - FOTO

Türkiyəli müğənni Şahan Dinç gözündən güllə ilə vurulub.

 

İki gün əvvəl evinin önündə silah səsləri eşidən sənətçi nə baş verdiyini öyrənmək üçün pəncərədən çölə baxıb. Bu zaman küçədə atılan qəfil güllələrdən biri onun üzündə partlayıb.

 

Çoxsaylı qəlpə yarası alan müğənni dərhal xəstəxanaya çatdırılsa da onun sağ gözünü xilas etmək mümkün olmayıb. Həkimlər həyatı risk daşıdığı üçün Şahan Dinçin gözünün içində qalan üç parça qəlpəni çıxartmayıblar. O, əməliyyat edilərək sağ gözünə protez qoydurub.

 

Ş.Dinçin son durumu ilə bağlı məlumat verən meneceri onun evə buraxıldığını, lakin vəziyyətinin yaxşı olmadığını qeyd edib.

Məşhur müğənnini gözündən güllələdilər  - Fotolar
Məşhur müğənnini gözündən güllələdilər  - Fotolar
Məşhur müğənnini gözündən güllələdilər  - Fotolar
Məşhur müğənnini gözündən güllələdilər  - Fotolar
Məşhur müğənnini gözündən güllələdilər  - Fotolar
Tarix: 20 Noyabr 2020, 11:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin