BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir: "Bu il 934 şəhid ailəsinə və əlilliyi olan şəxslərə mənzillər təqdim ediləcək"

“Azərbaycanda bütün imtiyazlı şəxslərə mənzil təminatı həm səlahiyyət, həm də məsuliyyət olaraq yerli icra hakimiyyətlərindədir. Yalnız 2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı cənab prezidentin müvafiq sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

 

Nazir bildirib ki, 2014-cü ilin yanvarın 1-dək növbəyə duran insanların adlı siyahısı yerli icra hakimiyyətləri tərəfindən tutularaq, nazirliyə təqdim edilib.

 

S. Babayev qeyd eidb ki, təkcə bu il 934 şəhid ailəsinə və əliliyi olan şəxslərə mənzillər təqdim ediləcək: “ Cari ilin sonuna gözləntimiz təxminən növbədə qalan 3 min insanın mənzil təminatı ehtiyacının olmasına dairdir. Növbəti il bu proqram daha genişləndirilərək həyata keçiriləcək. Cənab Prezidentin niyyəti 2-3 il ərzində növbədə duran insanların mənzillə təminatını tam şəkildə həll edilməsindən ibarətdir”.

Tarix: 13 Noyabr 2019, 17:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin