BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda daha bir məmur həbs edildi

Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) sabiq əməkdaşı həbs olunub.

 

Pravda.az-ın xəbərinə görə, Saatlı RİH-də Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə komissiyanın keçmiş əməkdaşı Ağayev Nəriman Mirhadı oğlu Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) maddəsi ilə təqsirli bilinir. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edilir ki, adı çəkilən şəxs vətəndaşların etibarından sui-istifadə edərək onları aldadıb, bir neçə nəfərdən dövlət hesabına fərdi yaşayış evlərinin tikilməsi məqsədi ilə külli miqdarda pul alıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.APA

Tarix: 28 Dekabr 2019, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin