BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN: İlham Abdullayev Şuşa şəhərində Vladimir Solovyovla görüşüb

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayev 20 noyabr 2020-ci il tarixində Şuşa şəhərində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyovla görüşüb.

 

FHN-dən verilən məlumata görə, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib.

 

Tərəflər əməkdaşlığın davam etdirilməsi məqsədilə mütəmadi əlaqə saxlanılması barədə razılığa gəliblər.

Tarix: 20 Noyabr 2020, 14:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin