Şuşan Stepanyan vəzifəsindən azad edildi

Ermənistan Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Şuşan Stepanyan işdən çıxması ilə bağlı ərizə yazıb.

 

Pravda.az-ın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ş. Stepanyan özünün “Facebook” hesabında bildirib.

 

Qeyd edək ki, bu ilin mart ayında Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın əmri ilə Ş. Stepanyan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri təyin olunub. Ş. Stepanyan Xocavənd rayonunun Hadrut qəsəbəsində anadan olub.

Tarix: 20 Noyabr 2020, 17:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin