Deputat: "Dünyanın ən güclü ordularının belə həsəd aparacağı Şuşa əməliyyatından sonra…"

"Azərbaycan xalqı daha bir şərəfli tarixə şahidlik etdi. 20 noyabr 2020-ci il tarixdə müzəffər Ordumuz Ağdam rayonuna daxil oldu. Bununla da Azərbaycan Silahlı Qüvvələri BMT TŞ-nın 853 saylı qətnaməsinin icrasını təmin etmiş oldu. Qarabağda ən çox əhalinin yaşadığı rayonu isə, məcburi köçkün statusundan azad etdi. Bu münasibətlə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət etdi və ağdamlıları təbrik etdi".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

"Olduqca sevindirici haldır ki, Ağdam rayonu geniş miqyaslı döyüş əməliyyatları aparılmadan, əlavə şəhidlər vermədən Azərbaycan, Rusiya Prezidentlərinin imzaladığı və Ermənistanın baş nazirinin qəbul etdiyi kapitulyasiya aktına uyğun olaraq təhvil verildi. Heç kim üçün sirr deyil ki, düşmən uzun illər ərzində ən güclü müdafiə istehkamlarından birini məhz Ağdam ərazisində qurmuşdu və əks hücum əməliyyatlarının başlanmasını Ağdam istiqamətindən gözləyirdi. Ancaq peşəkar strateqlərin dəqiq hesablamalarına uyğun olaraq, ordumuz əməliyyatlara cənub və şimal istiqamətindən başlamaqla, erməni ordusunun kommunikasiya xəttlərini nəzarətə götürdü. Dünyanın ən güclü ordularının belə həsəd aparacağı Şuşa əməliyyatından sonra, 25-30 minlik düşmən ordusu mühasirəyə düşdü və tamamilə məhv olmaq təhlükəsi ilə üzləşdi. Budur, Azərbaycan Ordusunun gücü, Ali Baş Komandanın zərgər dəqiqliyi ilə başa çatdırdığı hərbi-siyasi qələbə. Xalqımızı, Ağdamlıları gözəl qələbə, şərəfli tarix münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin" - N.Məhəməliyev qeyd edib.

Tarix: 20 Noyabr 2020, 22:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin