Prezidentin general-mayor rütbəsi verdiyi Kənan Seyidov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

 

Pravda.az xəbər verir ki, Kənan Seyidov Quru Qoşunlarının fəaliyyəti ilə seçilən zabitlərindəndir.

 

Qeyd edək ki, Kənan Seyidov 2003-cü ildə, kapitan qismində "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 11 il sonra, 2014-cü ildə isə Kənan Seyidov artıq polkovnik-leytenant qismində təltif olunub. O, İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülub.

 

2016-cı ildə isə polkovnik-leytenant kimi Kənan Seyidov Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, "İgidliyə görə" medalı alıb.Mətbuat.az

Tarix: 20 Noyabr 2020, 23:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin