BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident: "İndi avtomobil yollarında kifayət qədər tıxaclar var" - VİDEO ƏLAVƏ OLUNUB

“İndi avtomobil yollarında kifayət qədər tıxaclar var. Düzdür, bir çox yollar salınıb, yeni körpülər, yeni yol qovşaqları tikilib, amma yenə də pik saatlarda tıxaclar var”.

 

Pravda.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla görüşündə deyib.

 

Prezident qeyd edib ki, dəmiryol nəqliyyatın daha rahat növüdür: “Eyni zamanda, vətəndaşlar daha da qısa müddət ərzində mənzil başına, iş başına çata biləcəklər. Ona görə bu yol həm insanlara rahatlıq verəcək, həm də avtomobil yolunun yükünü azaldacaq. Ona görə ilin sonuna qədər nəzərdə tutulan bütün layihələr başa çatmalıdır və gələn il də bu işlər davam etdiriləcək”.

 

Cavid Qurbanov əlavə edib ki, Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır: “Amma bu, açılandan sonra həm bu tərəfdən Sumqayıta gedən, həm də əks tərəfdən gedən o yollar birləşəndə, avtobusların gediş-gəlişi də tənzimlənəndə gündə təqribən 25-30 min sərnişin daşınacaq. Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalıb”.

Tarix: 13 Noyabr 2019, 20:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin