YAP təmsilçiləri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri partiyanın yaranmasının 28-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

 

YAP-ın mətbuat xidmətindən verilən məlumata görə, partiyanın nümayəndələri Fəxri xiyabana gedərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı  Heydər Əliyevin məzarını ziyarət edib,  önünə əklil və gül dəstələri qoyublar.

 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tarix: 21 Noyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 13:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin