Azərbaycanlı aktyor yaralı əsgərlərə donor olmaq istəyir: “Gözümün birini, böyrəyimi, hətta qaraciyərimi…”

Gənc Tamaşaçılar Teatrının aktyoru Tahir İsmayılov (Qəlbinur) yaralı əsgərlərimizə, hərbçilərimizə donor olmaq istəyir.

 

Aktyorun özü bu haqda məlumat verib.

 

“Qarabağ müharibəsində hər iki gözünü itirmiş hərbçimizə gözümün birini verməyə hazıram. Onlar üçün nəinki gözümü, hətta böyrək, qaraciyər, damar və dəri transplantasiyası əməliyyatı da etdirməyə hazıram. Bu mənim üçün fəxrdir. Bir vətəndaş olaraq onlara kömək etmiş olsam çox sevinərəm. Mən bu müharibədə iştirak etməmişəm, amma bunları etsəm elə bilərəm ki, mən də Qarabağ müharibəsində iştirak etmişəm və orda yaralanmışam. Vətən yolunda canından, qanından keçən igidlərimiz var olsun” deyə aktyor bildirib.Moderator

Fotoları təqdim edirik
Tarix: 21 Noyabr 2020, 17:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin