BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sürücülərə XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

 

Pravda.az xəbər verir ki, BNA-dan verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilir:

 

“Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

 

Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”.

 

Tarix: 23 Noyabr 2020, 12:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin