BURADA REKLAMINIZ OLA
BİLƏR

Doktorantura ilə bağlı DƏYİŞİKLİK

Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.

 

Pravda.az-ın xəbərinə görə, siyahıda  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bölmə ləğv edilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bölmədə yer alan Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin fəlsəfə doktoru üzrə doktorantura yaratmaq hüququ olub.

 

Digər dəyişikliyə əsasən, siyahıya Gənclər və İdman Nazirliyi üzrə bölmə əlavə edilib. Bu bölmədə yer alan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəlsəfə doktoru və elmlər doktoru üzrə doktoranturalar yaradılacaq.

Tarix: 28 Dekabr 2019, 21:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin