BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah hava necə olacaq?

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

ETSN Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-8 faiz, gündüz 50-55 faiz təşkil edəcək.

 

Noyabrın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.  Havanın temperaturu  gecə 2-6,  gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  0-3 dərəcə  isti olacaq. 

 

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 24-25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Tarix: 23 Noyabr 2020, 13:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin