BURADA REKLAMINIZ OLA
BİLƏR

“Vardenis və Mehrini itirəcəyik” – Keçmiş polis rəisi

“Ölkədəki son inkişafları izləyən hər kəs təəccüblənir: bu insanlar düşünmə qabiliyyətini, özünü qorumaq hissini tamamilə itirdilərmi? Bu faciə Qarabağın təhvil verilməsi ilə bitməyəcək. Gorus-Qafan yolu onsuz da praktik olaraq keçilməzdir, çünki yolun əhəmiyyətli hissəsi azərbaycanlıların ərazisindən keçir. Sabah Mehrini itirəcəyik, ertəsi gün Vardenisi”.

 

Pravda.az xəbər verir ki, bunu Ermənistanın keçmiş polis rəisi Vladimir Qasparyan deyib.

 

“Ermənistan dövlətçiliyini itirir, başqa dövlətlərin nümayəndələri ilə söhbət edə biləcək bir kimsə yoxdur. Ölkənin daxilində anarxiya hökm sürür və bizim məsələlərimiz ölkə xaricində bizsiz həll olunur. Burada əksəriyyət buna laqeyddir. Cəmiyyət ağ-qaralara bölünüb, hər kəs “mənimdir, sənindir” söhbəti ilə məşğuldur. Bunun son olduğunu başa düşmürsən? Ermənistan tezliklə yox olacaq”, - Qasparyan qeyd edib.

 

O, artıq Dağlıq Qarabağın ermənilər üçün əlçatmaz olduğunu bildirib:

 

“İndi də kiçik ölkəmizi itiririk, çünki boz kütlə üçün laqeydlik həyat tərzinə çevrildi”.

Tarix: 23 Noyabr 2020, 13:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin