BURADA REKLAMINIZ OLA
BİLƏR

Kreml Putinin Baydeni nə vaxt təbrik edəcəyinə aydınlıq gətirdi

Vladimir Putinin Co Baydeni təbrik etməsindən öncə ABŞ-da prezident seçkilərində qələbə barədə rəsmi elanı və məhkəmə iddialarının yekunlarını gözləmək lazımdır.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

“Birincisi, seçilmiş prezident elan edilməlidir. Əslində, fəaliyyətdə olan prezident seçkilərin nəticələrini tanımalıdır və bütün məhkəmə iddiaları bitməlidir. Lakin aydındır ki, bu hələ baş verməyib”, - deyə Kremlin sözçüsü vurğulayıb.

 

D. Peskov qeyd edib ki, bundan əvvəl keçirilmiş seçkilərdə bütün amerikanşünasların, sosioloqların və digərlərinin bütün proqnozları Hillari Klintonun qalib gəldiyini göstərirdi: “Həqiqətən də hər kəs bu barədə baş vermiş fakt kimi danışırdı. Lakin başqa cür oldu”.APA

Tarix: 23 Noyabr 2020, 13:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin