BURADA REKLAMINIZ OLA
BİLƏR

BŞİH Milli Şuranın istədiyi yeri vermədi - CAVAB

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.

Pravda.az-ın xəbərinə görə, BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Xatırladaq ki, Milli Şura BŞİH-ə müraciətində noyabrın 2-də mitinq keçirilməsi üçün Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunu (keçmiş "Məhsul" stadionu) və ya Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığını istəmişdi.

Tarix: 30 Oktyabr 2019, 20:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin