BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda olan Rusiya və Ukrayna vətəndaşlarının nəzərinə: Noyabrın sonuna qədər...

Noyabr ayının sonuna qədər Rusiya və Ukrayna vətəndaşlarının Azərbaycandan vətənlərinə qayıtması üçün çarter uçuşlarına  başlanması nəzərdə tutulur.

 

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, noyabrın 26-dan etibarən "Aeroflot" aviaşirkəti Bakı-Moskva marşrutu üzrə müntəzəm çarter reyslərini həyata keçirməyə başlayacaq. Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

 

Bundan əlavə, "SkyUp Airlines" aviaşirkəti 30 noyabr tarixində Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün Bakı-Kiyev çarter reysini həyata keçirəcək.

 

Qeyd etməliyik ki, yalnız vətəndaşlığı və ya təyinat ölkəsinə giriş hüququ olan, eləcə də koronavirus (COVID-19) testindən keçərək mənfi nəticə alan sərnişinlər uçuşlara buraxılacaq.

Tarix: 23 Noyabr 2020, 15:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin