BURADA REKLAMINIZ OLA
BİLƏR

Maduro düşməninin adını açıqladı

Venesuela Prezidenti Nikolas Maduro kolumbiyalı həmkarı İvan Dukeni ölkəsinin milli düşməni adlandırıb.

Pravda.az-ın xəbərinə görə, bunu Maduro Karakasda ordu nümayəndələri qarşısında çıxışı zamanı səsləndirib.

“Venesuelanın düşməni Kasa-de-Narinyo prezident iqamətgahında, Boqotadadır. Onun adı Kolumbiya Prezidenti İvan Dukedir. Ölkədəki vəziyyəti gərginləşdirmək üçün bütün hücumlar Kolumbiyada hazırlanmış, maliyyələşdirilmiş və Venesuelada dövlət çevrilişi həyata keçirmək üçün göndərilmişdir” - N.Maduro dövlət televiziyasında çıxışında bildirib.

Venesuela rəhbəri, həmçinin Kolumbiya ilə həmsərhəd olan ştatlarda hərbçiləri və xalq qüvvələrini "maksimum sayıqlığı və hazırlığı" qorumağa çağırıb.APA

Tarix: 29 Dekabr 2019, 09:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin