BURADA REKLAMINIZ OLA
BİLƏR

Polkovnik-leytenant azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Namiq Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Əsədova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Rəsmi məlumata görə, Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun "Liebherr-Azeri LLC" MMC-nin ünvanına Almaniyadan daxil olan malların gömrük rəsmiləşdirilməsi prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etdiyi müəyyən edilib.

Tarix: 13 Noyabr 2019, 18:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin